ABŞın xüsusi nümayəndəsi Körfəz ölkələrinə səfər edəcək


Dünya 23 Fev 2021 08:03:00 132 0

ABŞın xüsusi nümayəndəsi Körfəz ölkələrinə səfər edəcək

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq 22 fevral - 3 Mart tarixlərində edilən səfəri zamanı bir sıra Körfəz ölkələrinin səlahiyyətliləri ilə görüşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət departamenti mətbuat xidmətinin açıqlamasında deyilir.

"Xüsusi nümayəndə Linderkingin müzakirələri ABŞ-ın Yəməndəki münaqişəyə son qoyulmasına ikitərəfli yanaşma, [xüsusilə] uzunmüddətli siyasi həll və yəmən xalqına humanitar yardım məsələlərində cəmləşəcək", - məlumatda deyilir.

Bildirilir ki, nümayəndə səfər çərçivəsində BMT Baş katibinin Yəmən üzrə xüsusi səfiri Martin Qriffitslə də görüşəcək.