Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasının cəsədini 30 il ərzində...


Dünya 22 Fev 2021 20:50:00 120 0

Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasının cəsədini 30 il ərzində...

Сənubi Koreyada çoxillik cinayətin üstü açılıb.

Son.az xəbər verir ki, təmizlik şirkətinin işçiləri fevralın 10-da Seulun Donqdaemun bölgəsindəki bir evi təmizlədikləri zaman damdan müəmmalı çəllək tapıblar.

Evə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları çəlləyin içindən yaşlı qadının cansız bədənini aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, həmin cəsəd ev sahibinin anasına məxsusdur. Belə ki, 80 yaşlı kişi vəfat edən anasını ağ parçaya bükərək, çəlləyə yerləşdirib və 30 il ərzində evin damında saxlayıb.

Ev sahibi "anamı çox sevdiyim üçün ondan ayrıla bilmədim" kimi müəmmalı ifadə verib.

Faktla bağlı araşdırma davam edir. Qadının cəsədindən DNK analizi götürüləcək. (publika.az)