Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub Alimlərin qorxusu çin olur


Dünya 22 Fev 2021 20:09:00 194 0

Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub  Alimlərin qorxusu çin olur

Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən və yayılan yeni ştammı ilə yoluxma faktı aşkarlanıb.

Virusu ölkənin cənubunda quş fabriklərinin 7 nəfər əməkdaşında tapıblar.

Son.az xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Popova yeni elmi kəşf barədə məlumat verib.

"Vektor elmi mərkəzi laboratoriyasında ilk dəfə insanın quş qripi A (H5N8) virusuna yoluxması faktı sübut olunub.

Alimlər 7 nəfərin genetik materialında bu qripin viruslarını aşkarlayıb.

Quş fabrikinin əməkdaşları ötən ilin dekabrında həmin ərazidə baş verən quş qripi yayılması zamanı yoluxublar. Lakin onlar hansı virusa yoluxduqlarını bilməyiblər. O zaman insanlar və heyvanların qorunması üçün təcili tədbirlər görüldü və virusun yayılmasının sonrakı gedişatının qarşısı alındı"