Tərtərdə mülki şəxs minaya düşüb


Digərləri 22 Fev 2021 17:40:00 141 0

Tərtərdə mülki şəxs minaya düşüb

Tərtərdə mülki şəxs minaya düşüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.