Dövlət qulluğuna qəbul üçün qeydiyyat bitir


Digərləri 22 Fev 2021 17:01:00 145 0

Dövlət qulluğuna qəbul üçün qeydiyyat bitir

Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin mart ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, inzibati icarçı vəzifələr (B növü) üzrə imtahana qeydiyyat 24 fevral saat 12:00-da başa çatacaq.

İnzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə imtahanlar Bakı və Gəncə şəhərlərində martın 7-də keçiriləcək.

A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 24 fevral saat 12:00-dək aparılacaq.