“O görüntüləri özümün də, işçilərin də telefonundan sildim”


Şou-biznes 22 Fev 2021 16:25:00 122 0

“O görüntüləri özümün də, işçilərin də telefonundan sildim”

Pandemiyanın mənfi təsirlərindən birincisi odur ki, ruh düşkünlüyü yaradıb. Hər şey o qədər maraqsız olub ki... Yaddaşımızda belə problem yaranıb. Mənə ən böyük mənfi təsiri belədir. Normal həyat rejimində deyilik.

Son.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Könül Kərimova deyib. Müğənni pandemiyanın ortaya çıxardığı çətinliklərdən danışarkən bildirib ki, əvvəldən özünə yaman gün üçün ehtiyat yığıb:

"Heç vaxt "Bu gün var, sabah Allah kərimdir" deyimi ilə yaşamamışam. Anam deyir, sən ağıllı imişsən. Bu vəziyyət kimin ağıllı olub-olmadığını, kimin isə uzaqgörən olduğunu ortaya çıxartdı. Hər bir insanda uzaqgörənlik olmalıdır. Uşaq yaşlarımdan belə olmuşam. Əlimi nəyəsə uzadıb istəyəndə soruşurdum ki, "Bundan yenə var?". Düşünmüşəm ki, kiminsə də ürəyi çəkər, bitdiyini görməsin. Bugünkü iş prinsipimə həmişə sabahımı, hətta o biri günümü düşünərək yanaşmışam. Bu hər zaman belə olub. Yəni heç vaxt ehtiyatımı əldən verməmişəm. Əgər belə olmasaydı, həyatımı narahatlıq içində keçirərdim.

Maddi vəziyyətimiz çətin, yaxud da orta olan vaxtlarda belə bu xasiyyət məndə olub və çox kömək edib. Əlavə biznesim yoxdur. Olsa belə nə faydası var? Onsuz da bir çox iş yerləri bağlandı".

Müğənni pandemiya dövründə evini, maşınını satan şou-biznes nümayəndələri ilə bağlı isə bunları deyib: