Yeni Nissan Frontier pikapı debüt edib FOTO


Digərləri 21 Fev 2021 23:01:00 147 0

Yeni Nissan Frontier pikapı debüt edib  FOTO

Nissan şirkəti Şimali Amerika bazarı üçün hazırladığı orta ölçülü Frontier pikapının yeni nəslini təqdim edib. Model nostaljik bir görünüşə sahib olub, ancaq əvvəlki rama və şassi ilə yanaşı, habeelə bir il əvvəl əldə etdiyi V6 mühərrikini qoruyub.

Standart olaraq, pikap 3200 millimetrlik təkər bazası ilə təklif ediləcəkdir, lakin oxlar arasındakı məsafə 3551 millimetrə bərabər olan uzun bazalı versiya da olacaqdır. Cəmi üç konfiqurasiya mövcuddur: bir yarımlıq King Cab, standart iki sıralı Crew Cab və uzadılmış Crew Cab. Yük platformasının ölçüsü 1510 ilə 1860 millimetr, kuzovun uzunluğu isə 5339 ilə 5692 millimetr arasında dəyişir.

Son.az autograph.az-a istinadən bildirir ki, Frontier modelinin raması və şassisi eyni olaraq qalır: müstəqil ön asqıda ikiqollu sxemdən istifadə olunur, arxa isə ressorları olan bütöv körpü quraşdırılır.

Ancaq pikapın eksteryeri tamamilə yenidir. Dizaynerlər, Frontier və Navara modellərinin sələfləri olan keçən əsrin 80-90-cı illərinin Nissan Hardbody (D21) görünüşündən ilham alıblar. Avtomobil doqquz rəng çeşidinə malik olan kuzova və müasir optikaya sahib olub, habelə radiator barmaqlığındakı xromdan qurtulub.

Salon xarici dizaynına uyğun şəkildə tərtib edilib: multimedia sistemi dəbdə olan planşet-ekranından məhrum edilib - top versiyada doqquz düymlük ekran ön panelə quraşdırılmış, analoq düymələr və açarları ilə təchiz edilmişdir. Multimedia sistemi standart olaraq Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir.

Rəqəmsal cihazlar paneli yoxdur - hətta bahalı təchizat səviyyələrində spidometrin və taxometrin arasında yalnız yeddi düymlük ekran yerləşir. Əlavə ödənişlə, ayaq dayaqları və "çilçıraqlar" da daxil olmaqla 85-dən çox Nissan Nismo aksessuarı təklif olunur.

Nissan Frontier modeli 314 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 3,8-litrlik V6 benzin mühərriki ilə təchiz edilir. 2020-ci modelində debüt edən atmosfer mühərriki alternativsiz doqquz pilləli "avtomat" ilə tandemdə çalışır. Ötürmə - arxaya və ya ön oxu sərt birləşdirən tam çəkiş sistemidir.