"Apple" 6G şəbəkəsinin qurulması üçün işçilər axtarır


Dünya 21 Fev 2021 13:48:00 114 0

"Apple" 6G şəbəkəsinin qurulması üçün işçilər axtarır

"Apple" şirkəti altıncı nəsil (6G) rabitə şəbəkələrinin yaradılması ilə bağlı işçi axtarışına başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" şirkətin "5G/6G simsiz sistemlər üçün tədqiqat mühəndisi" vəzifəsi üçün vakansiyasına istinad edərək məlumat yayıb.

Gələcək "Apple" işçilərinə "yeni nəsil (6G) simsiz rabitəni araşdırmaq və inkişaf etdirmək", "6G texnologiyasına dair sənaye və akademik forumlarda iştirak etmək" tapşırıqları həvalə olunacaq.

Agentliyin məlumatına görə, tədqiqatçı qrup "yaxın on ildə" yeni şəbəkənin yaradılması ilə məşğul olacaq.