Türkiyədə son sutkada koronavirusla bağlı son vəziyyət


Dünya 21 Fev 2021 09:17:00 95 0

Türkiyədə son sutkada koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 80 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 983 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 857 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 631 876 nəfərə çatıb.