Növbəti nəsil A4 və A6 modelləri elektrokar olacaqdırlar FOTO


Digərləri 20 Fev 2021 22:30:00 153 0

Növbəti nəsil A4 və A6 modelləri elektrokar olacaqdırlar  FOTO

Audi markasının rəhbəri Markus Dyusmann növbəti nəsil A4 və A6 modellərinin elektrik güc qurğularına keçəcəyini, ancaq bunun 2030-cu ildən tez baş verməyəcəyini söyləyib.

Son.az autograph.az-a istinadən bildirir ki, Audi şirkətinin rəhbəri Markus Dyusmann T3N nəşrinə verdiyi müsahibədə A4 və A6 modellərinin mütləq elektrikləşdiriləcəyini bildirib. Növbəti nəsil A4 və A6 modelləri 2023-cü ildə debüt edəcək və daxili yanma mühərrikləri ilə təchiz ediləcəkdirlər.

2030-cu ildə isə model xəttində yalnız elektrik ötürməsi ilə hərəkət edən versiyalar qalacaqdırlar. Dyuesmann, plug-in hybrid texnologiyasını gələcəyi olmayan köhnəlmiş texnologiya adlandırıb.

Audi rəhbəri elektrikli nəqliyyat vasitələrinə keçidi şirkət üçün çox vacib bir mərhələ hesab edir. Marka nəhayət daxili yanma mühərrikləri ilə vidalaşmağı və yaxın iyirmi ildə bütün modelləri elektrik güc qurğusuna keçirməyi planlaşdırır.