Bakıda 12 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi


Digərləri 20 Fev 2021 14:45:00 118 0

Bakıda 12 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, fevralın 18-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda "Aptek-323"də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus "Lombard"da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda "Müstəqil-V" MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda "Keramika aləmi" mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus "Avtomobil ehtiyat hissələri mağazası"nda, ümumilikdə, 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.