Gürcüstanda koronavirusla bağlı son vəziyyət


Dünya 20 Fev 2021 12:56:00 121 0

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 097, ölənlərin sayı isə 3 425 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 261 066 nəfərin sağaldığı bildirilir.