Koronavirusun yeni ştammı aşkarlandı


Dünya 28 Yan 2021 09:55:00 106 0

Koronavirusun yeni ştammı aşkarlandı

ABŞ-ın Kaliforniya ştatının alimləri koronavirusun yeni ştammını aşkarlayıblar.

Alimlər adi koronavirus ştammı ilə müqayisədə 70 faiz daha artıq sürətlə yayılan Britaniya ştammını öyrənmək cəhdlərindən sonra bu nəticəyə gəliblər. Alimlərin fikrincə, yeni ştamm ştatda xəstələnmə və ölüm hallarının kəskin artmasına səbəb ola bilər.

Son.az xalqqazeti.com-a istinadən bildirir ki, virusun yeni ştammı Los-Ancelesdəki Cedars-Sinai tibb mərkəzində aşkar edilib. Yeni ştamma "B1429" adı verilib.