Yeni Zelandiyada zəlzələ baş verib


Dünya 28 Yan 2021 08:23:00 97 0

Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyanın Şimali adasında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli Geoloji xidmət məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri Oklendin 400 km cənub-şərqində yerləşən Te-Kaha adlı kiçik kurort şəhərinin sahilindən 70 km şimalda, Plenti körfəzində olub. Ocaq 118 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar haqqında məlumat alınmayıb. Sunami təhlükəsi elan edilməyib.