Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın


Digərləri 28 Yan 2021 00:01:00 123 0

Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında aktiv və əzmlə çalışın. Yeni işə başlamaq olardı, amma yarımçıq işlər bitirilməyi tələb edir. Problemlər sizi narahat edir, amma ruhdan düşməyin. Nigarançılığa qapılıb süst davranmayın.

Önəm verdiyiniz insanla görüş perspektivlərinizə müsbət təsir edəcək. Rəqabət kəskinləşəcək. Görüşləri məntiqlə seçin.

Axşam saatlarınla ailənin yaşlı üzvləri ilə təmaslarda diqqətli və həssas olun. Mübahisə etməyin, neytral mövzularda danışın.  

Buğa - günün ilk yarısından etibarən aktiv olun. Rasional ideyalarınız bol olsun. Başqa vaxt xeyli səy və zaman tələb edə biləcək problemi indi sürətlə çözürsünüz. Alış-verişdə qəanətli olun, pulları mənasız əşyaların alınmasına sərf etməyin.

Aradığınız informasiya və ya məlumatı əldə etməyə çalışın. Gələcəklə bağlı planlar qurmaq asan deyil. Vəziyyət sürətli və orijinal həllər tələb edir.

Ailə üzvləri ilə məsləhətləşin, qohumların dediklərinə qulaq asın. Heç bir səbəb olmadan mübahisəyə başlamayın. Çoxdan bəri həllini tələb edən münaqişəni çözün.

Əkizlər - yaşananları müsbət dəyərləndirin. Mühüm saydığınız işlərlə məşğul olun, boş söhbətlərə vaxt sərf etməyin. Səfər, dövlət qurumlarına baş çəkərək problemlərin həlli üçün əlverişli gündür. Bir şərtlə ki, cari məsələlərlə diqqətlə məşğul olasınız.

Rəqibləri üstələməyə çalışın. Uzunmüddətli stressin təsiri altına düşməmək üçün aktiv olun. Ən yaxşı ideya və təkliflərin reallaşdırılmasına dərhal başlamayın. Düşünün, götür-qoy edin.

İntellektual müstəvidə qarışıq məslələrin həlli zamanıdır. Ən çətin problemlər sürətli həllini tapa bilər.

Xərçəng - imic və səhhətinizin qayğısına qalın. Yaşam tərziniz və xarici görünüşünüzdə nəyi dəyişmək barədə düşünün, fəaliyyətə başlayın.

Məsləhət və təcrübə mübadiləsində fayda var.

İşlər arasında təxirəsalınmaz və təcili olanını bəlirləmək üçün yaxınlarınızla məsləhətləşin. Sifarişləri planlarınızla razılaşdırın. Az sonra başlayacaq proseslərdən heç olmasa birini təxminləməyə çalışın.

Uğur qazandığınız istiqamətdə sürətlənin.

Şir - ayın ən önəmli və vacib günlərindən biridir. Yalnız öz qüvvənizə, imkanlarınıza, bacarığınıza arxalanın. Bağlı qapıları aça bilərsiniz. Maliyyə məsələlərini nəzərdən keçirin. Tərəfdaşlarla münasibətdə sayıq və həssas olun. Qarşı tərəfdən diqqət gözləməyin. Ünsiyyət dairəsini elə seçin ki, gün sizə gərəkli emosiyalar versin, müsbət əhval yaratsın.

Aktivliyinizin estetik məzmunu olmalıdır. Köhnəni yeni ilə dəyişin. Alış-verişdə çox pul xərcləməyin. Axşam saatlarında qonaq gələ bilər.

Sevdiyiniz insana hədiyyə verin.

Qız - pozitiv gündür. Yaxın ətrafınızdakı insanlardan birinin təşəbbüslə çıxış etməsini gözləyin. Toplantı, kollektiv və ya qrupda ünsiyyət üçün yaxşı zamandır. Sizi diqqətlə dinləyəcəklər. Ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar, qərarlarınıza rəğbətlə yanaşırlar. Kompromisə asanlıqla nail olmaq mümkündür.

Günün ikinci yarısında aktiv olun. Ev işi və ya məişət qayğılarının çözülməsi sizə gün ərzində yığılmış stresslərdən qurtulmağa imkan verəcək.

Tərəzi - öz "dalğa"nızda olun. Ətalətli və tənbəl olmasanız, gün sizi sevindirəcək. Maraqlarınızı təmin etməyə çalışın. Sürprizlər, etiraflar, hədiyyə ola bilər.

Rəğbət bəslədiyiniz insana yardım edin.

Ənənəvi yaşam tərzinizi dəyişəcək addımlar atmayın, qərarlar verməyin. Münasibətlərdəki harmoniyanı spontan açıqlıq və etirafla pozmayın.