"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək


Dünya 27 Yan 2021 07:22:00 98 0

"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək

ABŞ-ın "Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Baş nazirin sözlərinə görə, o, şirkət rəhbərliyindən peyvəndi çatdırmaq üçün müqavilə öhdəliklərini yerinə yetirəcəyinə dair zəmanət alıb.

C.Trüdo bildirib ki, bu şirkətin 25 yanvar tarixindən Kanadaya peyvənd gətirilməsinin müvəqqəti dayandırılması Belçikadakı "Pfizer" zavodunda istehsalın modernləşdirilməsi ilə əlaqəli olub.