ÜST COVID19la bağlı kliniki təlimatları yeniləyib


Dünya 26 Yan 2021 19:04:00 131 0

ÜST COVID19la bağlı kliniki təlimatları yeniləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, yeni təlimatda əsas diqqət xəstəliyin xroniki təsirinə verilib:

"İnfeksiyadan sağalmanın normal müddəti iki həftə olsa da, bəzi xəstələrdə bu, daha ciddi formada - səkkiz həftəyədək davam edə bilər. Bəzilərində isə bu simptomlar daha uzun çəkə bilər. Xəstələr yorğunluq, müntəzəm öskürək, fiziki dözümsüzlük, eləcə də nevroloji və ürək simptomlarından əziyyət çəkirlər".