Günün qoroskopu: İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz


Digərləri 26 Yan 2021 00:01:00 99 0

Günün qoroskopu: İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - düşünülməmiş addımlar atmayıb əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, gün pis keçməyəcək. İmprovizasiyalar uğursuzdur və köhnə problemlərin həlli ilə sonuclanmayaraq yeni problemlər yaradacaq.

Mühüm işləri günün ilk yarısında başa vurub. Sonrakı saatlarda işlər artacaq, vaxt qıtlığı müşahidə olunacaq.

Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Real yardımlar alacaq, təqdir sözləri eşidəcəksiniz. Bu sözlərə ehtiyacınız var.

Buğa - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətləri normal səviyyədə saxlamaq üçün əhəmiyyətli güzəştlərə getməli olacaqsınız. Planlarda sürətli dəyişikliklər edin. Fəaliyyət məcrasını düşünmək, yeni taktika hazırlamaq üçün vaxt azdır. İşgüzar intuisiyanıza güvənin: o, sizə yanlış yol göstərməyəcək.

Alış-verişdə bədxərclik etməyin. Mürəkkəb avadanlıq, məişət texnikası almaq məsləhət deyil. Bu gün alınacaq əşyalar tez sıradan çıxacaq və ya ümumiyyətlə, faydasız olacaqlar.

Dostlarla görüş üçün pis gün deyil.

Romantik təmaslar isə istənilən səviyyədə olmayacaq.

Əkizlər - istənilən münasibətlərə başlamaq üçün əlverişli gündür. Təmaslar harmonik olacaq. İşdə həmkarlarınızla münasibətləri korlamayın. Yeni tərəfdaşlar arayın. Peşəkar mövqelərinizi möhkəmlətmək imkanlarınız var. Yaxşı gəlir əldə edə bilərsiniz.

Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma əldə edə bilərsiniz.

Yeni işlərə başlamağa qorxmayın. İlk baxışdan çətin və mürəkkəb təsir bağışlayan işdə uğur əldə edə bilərsiniz.

Xərçəng - prinspial, iradəli, qətiyyətli olun. Amma sərt və aqressiv davranaraq yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmanı pozmayın. Rəğbət bəslədiyiniz insanların fikirlərinə dəyər verin. Nüfuzlu şəxslərlə görüş və danışıqlar üçün pis gün deyil. Yeni müttəfiqlər arayın.

Günün ikinci yarısında sizi maraqlı tanışlıqlar gözləyir

Axşam saatlarını ailə üzvləri ilə keçirin. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Şir - qarışıq və çətin gündür. Yalnız yaxşı tanıdığınız insanlara güvənin. Bu gün sizi aldatmağa çalışacaqlar. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Pullarınıza yiyəlik edin. Adi günlərdən fərqli olaraq işdə həmkarlarla fikir ayrılıqları sərtləşir. Emosional olmayın. Yanınızdakı insanların nə demələrinə rəğmən yolunuzdan sapmayın.

Sərt tənqidlərə məruz qalacaqsınız.

Səhhətinizdə kiçik problemlər, yaxud xroniki ağrıların kəskinləşməsi ola bilər.

Travma riski var.

Qız - əvvəlki günlərdən fərqli olaraq qeyri-adi qərarlar verir, tələsik addımlar atırsınız. Belə etməyin. Yaxın ətrafınızdakı insanları orijinallıq və ekstravaqantlıqla təəccübləndirməyə çalışmayın. Bütün bunlar münasibətlərə pis təsir edə bilər. İşgüzar tərəfdaşlıqda olduğunuz insanlar sizi etibarsız və hərdəmxəyal insan hesab edə bilərlər.

Kiçik maliyyə itkiləri istisna deyil. Gəlirlər az olacaq.