Cənubi Koreyada əhalinin 70 faizi COVID19 virusuna qarşı peyvənd olunacaq


Dünya 25 Yan 2021 22:22:00 126 0

Cənubi Koreyada əhalinin 70 faizi COVID19 virusuna qarşı peyvənd olunacaq

Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi açıqlama yayıb. Bildirilir ki, ölkədə yeni növ koronavirusa qarşı vaksinasiya fevralda başlayacaq. Vaksinasiya üçün artıq 4 şirkətdən ümumilikdə 56 milyon doza peyvənd alınmasını təmin edilib.

Qeyd edək ki, Cənubi Koreyada indiyədək 75 min 521 nəfər COVID-19 infeksiyasına yoluxub, 1360 nəfər bu virus səbəbindən həyatını itirib.