Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır


Digərləri 25 Yan 2021 21:09:00 104 0

Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır

Ermənistan biabrçı şəkildə məğlub olduğu müharibənin ən ağır nəticələrini hələ qarşıdan gələn aylarda hiss edəcək.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqların iqtisadi resursları 30 il idi ki, Ermənistan dövləti tərəfindən vəhşicəsinə istismar olunurdu:

"Təsəvvür edin, Ermənistanın illik ümumi taxıl istehsalı 200 min ton təşkil edir ki, bunun 90 min tonu işğal altında olan torpaqların hesabına əldə olunurdu. Qarabağın dağ-mədən sənayesi, faydalı qazıntı yataqları, elektroenergetika resursları da Ermənistan iqtisadiyyatında əvəzsiz rola sahib idi. İndi bu imkanların hamısı düşmən ölkənin əlindən çıxıb.

Hələ ki, erməni xalqı bu itkilərin real təsirlərini tam hiss etmir. Lakin zamanla ağır iqtisadi böhran qaçılmaz olacaq. Obrazlı formada ifadə etsək, insanın bədənini yad bir cisim zədələyəndə ağrı dərhal hiss olunmur, lakin bir qədər keçəndən sonra şiddətli ağrı-acı başlayır. Ermənistan dövləti də müharibədəki rüsvayçı məğlubiyyətin ağrılarını müəyyən bir müddət keçəndən sonra hiss etməyə başlayacaq".

Politoloq vurğulayıb ki, Ermənistan iqtidarının bəzi mənsubları Azərbaycana qarşı sərsəm bəyanatlar vermək əvəzinə, bütün bu amilləri nəzərə alaraq öz xalqını post-konflikt dövrünün reallıqlarına hazırlamalıdır: