Azərbaycanda bu xəstəliklər artıq yoxdur


Digərləri 25 Yan 2021 20:25:00 104 0

Azərbaycanda bu xəstəliklər artıq yoxdur

Azərbaycanda bir sıra təhlükəli xəstəliklər yox olub.

Son.az Trend-ə istinadən bildirir ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Ötən ilin yanvar- noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca (99,3 faiz), bruselyoz (66,2 faiz), su çiçəyi (60,2 faiz), skarlatina (56,1 faiz), viruslu hepatit (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu (43,5 faiz), qonokokk infeksiyası (41,1 faiz), ağciyər vərəmi (33,5 faiz) və sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.