Rusiyada daha 456 nəfər koronavirusdan öldü


Dünya 25 Yan 2021 16:11:00 88 0

Rusiyada daha 456 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 19 290 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 3 738 690 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 69 918 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.