Niderlandda etiraz aksiyalarında 180 nəfər saxlanıldı FOTO


Dünya 25 Yan 2021 15:38:00 83 0

Niderlandda etiraz aksiyalarında 180 nəfər saxlanıldı  FOTO

Niderlandın iki böyük şəhərində koronavirus səbəbi ilə tətbiq edilən komendant rejiminə qarşı etiraz aksiyaları keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insanlar paytaxt Amsterdam və Eyndhovendə toplaşıblar.

Nümayişçilər əvvəlcə Amsterdam Muzeylər Meydanına getmək istəsələr də, buna icazə verilməyib. Polis etirazçılara nümayişin icazəsiz olduğunu xəbərdar etdikdən sonra təzyiqli su ilə müdaxilə edib, 150 nəfər saxlanılıb.

Amsterdam Bələdiyyəsi tvitterdə açıqlama yayaraq insanların icazəsiz aksiyada etiraz hüquqlarından sui-istifadə etdiklərini bildirib.