Dünyanın ən böyük peyvənd istehsalçısı sayılan institutda


Dünya 21 Yan 2021 16:11:00 137 0

Dünyanın ən böyük peyvənd istehsalçısı sayılan institutda

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın olan binada 4 nəfər olub. Onlardan 3 nəfəri xilas edilib.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd edək ki, həmin institutda Hindistan "AstraZeneca" şirkəti və Oksford Universiteti ilə birgə "Covishield" vaksinini istehsal edir.