"Makiyajsız çəkməyimizin səbəbi qadınları ürəkləndirməkdir"


Digərləri 21 Yan 2021 14:14:00 128 0

"Makiyajsız çəkməyimizin səbəbi qadınları ürəkləndirməkdir"

Son zamanlar şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Hadisə bu dəfə çəkildiyi reklamla müzakirə yaradıb.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı yeni reklam çəkilişləri üçün kameralar qarşısına keçib. Diqqət çəkən məqam isə ifaçının obyektiv qarşısına makiyajsız çıxması olub:

"Reklamı makiyajsız çəkməyimizin səbəbi qadınları ürəkləndirməkdir. İlk dəfə reklama makiyajsız çəkilirəm. Bunu da mən etdim və çox qürurlanıram. Özümü belə daha çox bəyənirəm".