"Elmlər Akademiyası"nın ətrafı hasara alındı SƏBƏB


Digərləri 21 Yan 2021 13:01:00 119 0

"Elmlər Akademiyası"nın ətrafı hasara alındı  SƏBƏB

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".