Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb


Digərləri 19 Yan 2021 21:31:00 128 0

Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb

Dübəndi neft terminalında 2020-ci ildə 498 577 ton neft və neft emalı ixrac edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildiriblər.

Bu göstərici 2019-cu illə müqayisədə 1,5 dəfə artıb.

Eyni zamanda Limanın bərə terminalında yola salınan vaqonların sayı azalıb.

Ötən il 37 477 vaqon yola salınıb ki, bu da 2019-cu illə müqayisədə 15 faiz azdır.