DİQQƏT! Belə elanlara ALDANMAYIN


Digərləri 19 Yan 2021 15:50:00 111 0

DİQQƏT! Belə elanlara ALDANMAYIN

"Elan saytlarında və sosial şəbəkələr vasitəsi ilə kirayə mənzillərlə bağlı elanlar bir çox hallarda düzgün olmur".

Bunu Son.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, elan saytlarına, sosial şəbəkələrə hər hansı bir mənzilin şəkilini yerləşdirib vətəndaşları aldadırlar:

"Vətəndaşlar bəzən elandakı nömrələrə zəng edəndə beh üçün saxta kart nömrəsi onlara göndərilir, sonra həmin nömrəyə zəng edəndə "təyin olunmayıb" eşidir. Belə hallarla kim rastlaşırsa mütləq hüquq-mühafizə orqanlarına müraciət etsin. Belə dələduzluq hallarını çox eşidirik. Amma istənilən halda vətəndaşlar diqqətli olmalıdırlar. Əgər elə elanla rastlaşırlarsa, həmin elan sahibindən həmin evin real şəkillərini, sənədlərini, çıxarışdırsa çıxarışın şəkillərini tələb etmək hüququna malikdirlər. Amma yenə də kart vasitəsilə beh ödənişi edilməməlidir. Ödənişi elə-belə yox, müqavilə əsasında etməlidirlər.

Dövlət o zaman icarədarla kirayə arasında müqaviləni tanıyır ki, notarius vasitəsilə o müqavilə qeydiyyatdan keçmiş olsun. Əgər o qeydiyyatdan keçmirsə, müqavilə vasitəsilə o tanınmırsa, icarədarla kirayə arasında olan sövdələşmə sabah onlar məhkəməyə düşmüş olsalar belə o zaman məhməkə onların sövdələşməsini tanımayacaq. Çünki aralarında hüquqi sənəd olan müqavilə imzalanmayıb. Yalnız müqavilə imzalandığı təqdirdə onun hər hansı bir hüquqi qüvvəsi olur.