Məleykə Abbaszadədən magistratura imtahanlarının keçirilməsi ilə bağlı


Digərləri 19 Yan 2021 13:29:00 151 0

Məleykə Abbaszadədən magistratura imtahanlarının keçirilməsi ilə bağlı

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistratura imtahanlarının keçiriləcəyi tarixlə bağlı açıqlama verib.

M.Abbaszadə bildirib ki, imtahanların keçirilmə vaxtı Nazilər Kabineti ilə məsləhətləşmələrdən sonra dəqiqləşəcək:

"Pandemiya şəraiti ilə bağlı müəyyən dəqiqləşdirmələr aparırıq. Biz cədvəli Nazirlər Kabineti ilə razılaşdırandan sonra magistratura imtahanlarının dəqiq zamanını açıqlayacağıq. Bundan sonra imtahanların keçirilmə cədvəli hazır olan kimi Dövlət İmtahan Mərkəzinin (DİM)  saytında yerləşdiriləcək".