Metronun “8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olundu


Digərləri 18 Yan 2021 14:42:00 97 0

Metronun “8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olundu

"Bakı Metropoliteni" yeni istifadəyə veriləcək stansiyasına rəis təyin olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə *Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun "Nizami" stansiyasının rəisi vəsifəsindən azad edilərək "8 Noyabr" stansiyasına rəis təyin edilib.

"Nizami" stansiyasının rəisi vəzifəsinə isə Vüsal Zeynalov olunub. Həmçinin Arif Həsənli "Xalqlar Dostluğu" stansiyasının rəisi vəzifəsinə təyinat alıb.