"Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır" Anar Kərimov


Digərləri 18 Yan 2021 12:08:00 134 0

"Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır"  Anar Kərimov

Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, yanvar ayında bununla bağlı konkret proqramlarının qəbul edilməsi fikrindədirlər: "Ölkəmizin gücü imkan verəcək ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsinin şəhidlərinin ailələri evlə təmin edilsinlər. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduğunu bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik".