Zukerberqin videosu yayıldı: Bunu etməzdim... VİDEO


Digərləri 14 Yan 2021 22:50:00 146 0

Zukerberqin videosu yayıldı: Bunu etməzdim...  VİDEO

Feysbuk şirkətinin təsisçisi, eləcə də ona aid olan İnstaqram və WhatsApp platformalarının sahibi Mark Zukerberq öz gizlilik strategiyasını təkzib edib.

Son.az ted.az-a istinadən bildirir ki, o, bunu bir neçə il öncə ABŞ senatoru ilə danışdığı zaman deyib.

Zukerberq "öz məlumatlarınızı bizimlə paylaşa bilərsinizmi?" sualına "xeyr" deyərək cavab vermişdi.

Beləliklə, Zukerberq adıçəkilən sosial şəbəkələrin istifadəçilərinə qarşı özünə sığışdırmadığı Feysbuk "gizlilik siyasətini" tətbiq etməyə davam edir.

Qeyd edək ki, WhatsApp-ın yeni qaydaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. İstifadəçilərin sözlərinə görə, platforma onların məxfi məlumatlarını ələ keçirir.