Sağlamlığını roluna qurban verdi


Digərləri 14 Yan 2021 16:09:00 125 0

Sağlamlığını roluna qurban verdi

Aktrisa Nikol Kidman səhhəti ilə bağlı problemlər yaşadığını bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, "The Undoing" adlı filmdə canlandırdığı Contan Freyzr obrazı onun səhhətinə pis təsir edib.

"Bu rolu ifa etdikdən sonra bədənimin çökdüyünü hiss etdim. Yuxularım qaçmağa başladı. Bəzən insanlar aktyor, ya da aktrisaların rolun öhdəsindən gələ bildiyini düşünürlər. Amma bəzən biz canlandırdığımız obrazlara görə sağlığımızı təhlükə altına atırıq" deyə, Nikol, bildirib.

Qeyd edək ki, Kidmanın rol aldığı "The Undoing" triller janrında çəkilib.