Gürcüstanda son sutkada 1 357 yoluxma qeydə alınıb,


Dünya 14 Yan 2021 12:51:00 119 0

Gürcüstanda son sutkada 1 357 yoluxma qeydə alınıb,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1 357 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  244 612, ölənlərin sayı isə 2 867 nəfərə çatıb.

Virusa yoluxanlardan 228 359 nəfərin sağaldığı bildirilir.