"Getdim ki, kafedə qabyuyan işləyim, götürmədilər"


Şou-biznes 14 Yan 2021 11:34:00 136 0

"Getdim ki, kafedə qabyuyan işləyim, götürmədilər"

Dostlarımın hesabına dolanıram. Heç bir gəlirim yoxdur. Yaxşı ki, etibarlı dostlar var. Amma nə qədər olar?

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlahə Fəda "Elgizlə izlə" proqramında deyib. İşsiz olan sənətçi payızda başına gələn hadisəni danışıb. O bildirib ki, restoranda qabyuyan belə işləməyə razı olub:

"Karantindən əvvəl hələ restoranlar bağlanmamışdı. Anamla xəbərlərə baxanda gördüm ki, bir kafedə qabyuyan axtarılır. Səhər ikimiz də yuxudan oyandıq, getdik ora işləməyə. Amma işə götürmədilər. Tanıdılar, elə bildilər ələ salıram. İki diplomum var, dedim, konservatoriya diplomum işə yaramır, o birini istifadə edim. O da alınmadı.

Bir vaxtlar çox yaxşı pul qazanırdım. Günümə 60 min avro gəlirim olurdu. Amma biznesim çökdü".