Günün qoroskopu: təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun


Digərləri 14 Yan 2021 00:01:00 132 0

Günün qoroskopu:  təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin.

Buğa - birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe tutaraq başa vurun.

Əkizlər - hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq.

Xərçəng - rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin episentrində olsanız, soyuqqanlı davranın.

Şir - gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında daha konkret olacaq.

Qız -  şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın. Arzularınızdan biri reallaşa bilər.

Tərəzi - ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə istənilən adamla dil tapmağa çalışın. İşlə bağlı məsələlərə maksimum diqqət ayırın.