Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir


Digərləri 13 Yan 2021 23:25:00 149 0

Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir

Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi Parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Son.az xəbər verir ki, bu barədə "Express" nəşri yazıb.

Parkinson Fondundan nəşrə verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib.

Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.

Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin diaqnostikasından 10 il əvvəl itə bilər.