Qohumları Səfurə İbrahimovanın mirasından pay istəyir


Şou-biznes 13 Yan 2021 19:14:00 148 0

Qohumları Səfurə İbrahimovanın mirasından pay istəyir

Mərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyir.

Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub:

"Qohumlar indi düşüb üstümə ki, nə vaxt baxdın ona? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.

Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.