Daha bir ölkədə koronavirusun yeni növü aşkarlandı


Dünya 13 Yan 2021 18:44:00 111 0

Daha bir ölkədə koronavirusun yeni növü aşkarlandı

Macarıstanda koronavirusun yeni ştammına yoluxma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə 3 nəfər yeni virusa yoluxub.

İlk dəfə ötən ilin sonunda Böyük Britaniyada qeydə alınan yeni ştamm Avropanın bir neçə ölkəsində qeydə alınıb.

Virusun yayılması ilə əlaqədar bir çox ölkə Böyük Britaniya ilə reysləri dayandırmışdı.