Ötən il eimza sertifikatlarına tələbat 32% artıb


Digərləri 13 Yan 2021 17:24:00 132 0

Ötən il eimza sertifikatlarına tələbat 32% artıb

Ölkəmizdə "Elektron imza" (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən e-imza tokeninin sayı 17 min 756 olub. Bu e-imza daşıyıcılarından 9 min 838-i dövlət qurumlarının, 4 min 990-ı sahibkarların, 2 min 928-i isə fiziki şəxslərin payına düşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imza tokenlərinin sayı 32% çoxdur.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 min 58 olub.

E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.