Almaniyada koronavirusun mutant variantı aşkarlandı


Dünya 13 Yan 2021 15:39:00 117 0

Almaniyada koronavirusun mutant variantı aşkarlandı

Almaniyada koronavirusun Cənubi Afrika ştammı tapılıb.

Son.az xəbər verir ki, bu barədə Baden-Vürtemberq federal əyalətinin Sosial Siyasət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, virusun mutasiyaya uğramış variantı 13 dekabrda Cənubi Afrikadan Baden-Vürtemberqə gələn 6 nəfərlik ailədə aşkar edilib. Səyahətdən sonra bütün ailə üzvləri karantində olub. 5 gün sonra koronavirus testlərindən keçiblər və cavab çıxıb. Bir neçə gündən sonra isə xəstəliyin yüngül əlamətləri özünü büruzə verməyə başlayıb.

Ailə üzvlərindən birinin təkrar müayinəsi zamanı Cənubi Afrika ştammına yoluxma halı təsdiqlənib.