Bakıya qar nə vaxt yağacaq?


Digərləri 13 Yan 2021 11:40:00 122 0

Bakıya qar nə vaxt yağacaq?

Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, lakin qar həvəskarlarının gözləri hələ də yoldadır.

Bəs paytaxta nə vaxt qar yağacaq?

Bu və digər suallara aydınlıq gətirmək üçün Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna müraciət etdik.

Son.az bildirir ki, qurumun direktoru Gülşad Məmmədova Baku.ws-ə açıqlamasında deyib ki, arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində ayrı-ayrı illərdə qış ayları çox soyuq keçir.

"Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil etmişdir.

2008-ci il yanvarın 7 və 8-də Bakıda qar müşahidə edilib. Qarın hündürlüyü 8 yanvarda 44 sm təşkil edib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, hərdən fevral ayı yanvar ayından soyuq olur.

Fevral ayında ən soyuq hava 2012-ci il fevralın 08-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. 2017-ci il fevralın 1-2 də Bakıda qar yağmış və qarın hündürlüyü 29 sm. təşkil etmişdir.

Çoxillik meteoroloji müşahidələrə görə ən soyuq dekabr 1924-cü il dekabrın 26-da Bakı şəhərində qeydə alınmışdır. Həmin gün havanın minimal teperaturu 8.8 dərəcə şaxta olmuşdur", - deyə Gülşad Məmmədova bildirib.

Gülşad Məmmədova deyir ki, bütün çoxillik müşahidələrə görə Bakıda ən soyuq sutkalıq yağıntı 2002-ci il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub: