ABŞ vitseprezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi


Dünya 13 Yan 2021 09:54:00 87 0

ABŞ vitseprezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi

ABŞ vitse-prezidenti Mayk Pens ölkə lideri Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: "Hadisələrin belə inkişafının ölkəmizin mənafeyinə və ya konstitusiyamıza uyğun olduğunu hesab etmirəm".

Xatırladaq ki, N.Pelosi vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkə konstitusiyasının 25-ci düzəlişindən istifadə etməyə çağırmışdı.