Qazaxıstanda koronavirusdan sağalanların sayı 150 min nəfəri ötüb
Dünya 13 Yan 2021 09:59:00 141 0
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, , bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 477 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 150 427 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.
Mənbə: milli.az