Fransada koronavirusa yoluxanların sayı 2,8 milyon nəfəri ötüb


Dünya 13 Yan 2021 09:44:00 126 0

Fransada koronavirusa yoluxanların sayı 2,8 milyon nəfəri ötüb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 19 752 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 806 590 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 742 nəfər ölüb, ölənlərin ümumi sayı 68 802 nəfər təşkil edir.