Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək AÇIQLAMA


Digərləri 13 Yan 2021 08:07:00 130 0

Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək  AÇIQLAMA

"Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb".

Son.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.

Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.

O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:

"Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.