Tesla Feysbuku geridə qoydu


Digərləri 12 Yan 2021 23:15:00 189 0

Tesla Feysbuku geridə qoydu

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla şirkəti bazar dəyərinə görə, ölkənin texnologiya nəhəngi Feysbuk sosial şəbəkəsini geridə qoyub.

Son.az ted.az-a istinadən bildirir ki, Tesla son günlər kapitallaşmasını 100 milyard ABŞ dolları məbləğində artıraraq 834 milyard dollara çatdırıb.

Bununla da Tesla ABŞ-ın 5-ci ən bahalı şirkəti olub.

6-cı yerdə qərarlaşmış Feysbukun bazar dəyəri isə 643 milyard dollar təşkil edir.