Britaniya uyğurlara görə Çinlə ticarət qaydalarını sərtləşdirəcək


Dünya 12 Yan 2021 18:58:00 139 0

Britaniya uyğurlara görə Çinlə ticarət qaydalarını sərtləşdirəcək

Böyük Britaniya hökuməti Sincan Uyğur bölgəsində istehsal olunan malların tədarük zəncirinə girməsinin qarşısını almaq üçün şirkətlərə yeni qaydalar tətbiq edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab məcburi əməklə bağlı iddialara Londonun cavabının sərtləşdirilməsi ilə bağlı parlamentdə çıxışı zamanı bildirib.

D. Raab Sincan Uyğur bölgəsində müsəlman uyğurların məcburi əməyə cəlb olunması ilə bağlı dəhşətli dəlillərin olduğunu vurğulayıb.

Britaniyalı nazir qeyd edib ki, onun ölkəsi Sincan Uyğurla əlaqəsi olan məhsulları almamaqda qərarlıdır.

Nazir bir milyondan çox uyğurun xüsusi düşərgələrdə saxlanılması, onların məcburi əməyə cəlb olunması və uyğur qadınlarının zorla sonsuzlaşdırılması barədə geniş məlumat verib.