Gürcüstan "Pfizer" vaksinindən istifadə edəcək


Dünya 12 Yan 2021 19:06:00 117 0

Gürcüstan "Pfizer" vaksinindən istifadə edəcək

Gürcüstan koronavirus əleyhinə "Pfizer" vaksinindən istifadə edəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə yaxın gələcəkdə əhalinin "Pfizer" ilə vaksinlənməsinə başlanılacaq. Nazir qeyd edib ki, ölkəyə vaksinlərin gətirilməsi istiqamətində müvafiq platformalarla aktiv əməkdaşlıq edilir.