Rusiyada son sutkada 531 nəfər koronavirusdan öldü
Dünya 12 Yan 2021 16:03:00 104 0
Rusiyada koronavirusa yoluxanların sayı 3,44 milyonu keçib.
Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 22 934 nəfər virusa yoluxub, 531 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 448203 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 62 804 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 825 430 şəxs virusdan sağalıb, 559 969 nəfərin müalicəsi isə davam edir.
Mənbə: milli.az